...

Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi axşamı" adlı konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 6 Dekabr 2017 20:54 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində "Klassik musiqi axşamı" adlı konsert keçirilib.
Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi axşamı" adlı konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində "Klassik musiqi axşamı" adlı konsert keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə ADMİU-nun müəllimi, musiqişünas Sara Muradova çıxış edərək universitet tələbələrinin klassik musiqi sahəsindəki uğurlarından söhbət açıb. Konsertdə universitetin xor kollektivi çıxış edib, tələbələrdən isə Gülnarə Məmmədova, Rafiq Bəkirov, Pərvin Paşazadə, Zaur Məmmədov, Sahib Məmmədov, Yusif Bədəlov, Müslüm Məmmədov, Günel Quliyeva, Nigar Hüseynova, Elməddin İbrahimli, Leyla Fərəcova, Leyla Əliyeva, Rəşad Kazımov, Zəhra Qarayeva, Səbinə Mehdiyeva klarnet, gitara, piano və başqa musiqi alətlərində ifa ediblər.

Tədbir klassik musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti