...

Azərbaycanın dövlətçilik ənənələrinə həsr olunan nəşr işıq üzü görüb (FOTO)

Mədəniyyət Materials 25 Yanvar 2018 10:05 (UTC +04:00)
Azərbaycanın dövlətçilik ənənələrinə həsr olunan nəşr işıq üzü görüb.
Azərbaycanın dövlətçilik ənənələrinə həsr olunan nəşr işıq üzü görüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın dövlətçilik ənənələrinə həsr olunan nəşr işıq üzü görüb.

Milli Azərbaycan Tarixi Muzeyindən Trend-ə verilən məlumata görə, Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, numizmat alim, t.ü.e.d., professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” adlı kitabı (Bakı, 2017, 184 səh.) Azərbaycan və rus dillərində çap edilib.

Nəşrin elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Kitabda Azərbaycanda sikkə zərbi və dövlətçilik ənənələri öz əksini tapıb. Bu əsərdə ilk dəfə olaraq numizmatik faktlar dövlətşünaslıq tarixinin ayrılmaz sahəsi olan dövlətçilik institutunun ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb edilib.

Əsər Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun materialları əsasında tərtib olunub. Nəşr numizmatika sahəsinə qiymətli töhfə, tarixçilər, siyasətçilər və numizmatlar üçün dəyərli tədqiqat işidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti