...

Aygün Səmədzadə ən son lentə alınan mahnılarından birini təqdim edib (VİDEO)

Mədəniyyət Materials 14 May 2018 13:06 (UTC +04:00)
Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Aygün Səmədzadə Nurlan Növrəslinin ifasında ən son lentə alınan mahnılarından birini təqdim edib.
Aygün Səmədzadə ən son lentə alınan mahnılarından birini təqdim edib (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Aygün Səmədzadə Nurlan Növrəslinin ifasında ən son lentə alınan mahnılarından birini təqdim edib.

Trend-in məlumatına görə, İlqar Fəhminin sözlərinə bəstələnmiş bu mahnı "Deyirdilər inanmirdım" adlanır. Bəstəkarın özünəməxsus üslubunu nümayiş etdirən, professional ifaçılıgı ilə seçilən bu əsərin də ərsəyə gəlməsində bir çox peşəkar musiqiçilər - Tural Usubov (fortepiano), Aydın Yəhyayev (klarnet), Arslan Növrəsli (tar), Vusal Qarayev (səs rejissoru) iştirak edib. Nostalji, lirik-romantik ab-hava dolu mahnı haqda Aygün Səmədzadə bunları söyləyib: "Nurlan Növrəslinin ifasinda "Gecə valsı"ndan sonra daha bir sevdiyim mahnım işıq üzü görmək istəyir. "Görmək istəyir" sözünü ona görə vurgulayiram ki, bu gün mahnilarin tanınma dərəcəsi mügənninin səs gözəlliyindən çox, mahnının səslənmə sayından asılıdır. Ona görə Nurlan Növrəsli bir az fəal olsa, efirlərdə mahnimla tez-tez görsənsə, eşidilsə, mahnı layiqincə seviləcək. Mən düşüncəmi dəyişib bu günkü vəziyyətə uygunlaşa bilməsəm də, mahnılarımı yalnız gözəl ifalarda eşitmək istəsəm də reallıq bu. Səsə, sənətə arxayın olub irəli getmək çox çətin. Neynək, zəmanəylə ayaqlaşmaq lazımdır. İstedadların boş qoydugu meydanlari gərəksizlər daha çox tutmasın deyə".

Məlumat üçün deyək ki, Aygün Səmədzadənin "Azərbaycan adına" möhtəşəm sənət gecəsi keçiriləcək. Yaşil Teatrda, 9 iyun saat 20.00-də başlayacaq konsert Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub. Tanınmiş ifaçılar və musiqiçilər, rəqs qrupları Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijoru və bədii rəhbəri Xalq Artisti Teymur Göyçayevdir) müşayiəti ilə çıxış edəcəklər.

Əlaqə telefonları: 055 440 40 40, 055 201 01 80, 050 212 44 18

Biletlər Bakının bütün kassaları, "Asan xidmət" mərkəzlərində və https://m.iticket.az/en/events/aygun-semedzade vasitəsilə satılır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, AzTV, Mədəniyyət TV, ASAN Radio

Məqalədə:
Xəbər lenti

Xəbər lenti