...

Yaqub Zurufçu Bakıda solo-konsert verəcək

Mədəniyyət Materials 22 Avqust 2019 16:34 (UTC +04:00)
Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.
Yaqub Zurufçu Bakıda solo-konsert verəcək

Bakı. Trend:

Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, konsertdə müğənni xalq və bəstəkar mahnıları ifa edəcək. Qeyd edək ki, onun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az-dan onlayn şəkildə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti