Qubada “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib (FOTO/VİDEO)

Qubada “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib (FOTO/VİDEO)

Bakı. Trend:

Oktyabrın 12-də Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib. 2012-ci ildən etibarən keçirilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.

Trend-in məlumatına görə, bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin, dövlət agentliklərinin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, elm və mədəniyyət xadimləri qatılıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev artıq altıncı dəfədir təşkil olunan “Alma bayramı”nın əhəmiyyətindən danışıb. Bildirilib ki, Quba rayonu hələ keçmiş sovet dövründən meyvə bağları ilə tanınıb. Bu gün də dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda kənd təsərrüfatının bütün istiqamətlərində, o cümlədən meyvəçilikdə dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan şərait Qubada yeni salınan meyvə bağlarının sahəsinin gündən-günə genişlənməsinə səbəb olub. Hazırda Quba rayonunda ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur. Bunun 13 min hektardan çoxunu alma bağları təşkil edir. Hər il rayonun alma bağlarından 100 min tondan çox alma toplanılır. Rayonda meyvəçiliyin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində məhz onun təşəbbüsü və qayğısı nəticəsində Qubada 10 min hektara yaxın yüksək məhsuldar alma bağları salınıb ki, bu gün həmin bağlar əhalinin əsas gəlir mənbəyini təşkil edir. Bu gün də Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə, təsərrüfatçılara, sahibkarlara və fermerlərə hərtərəfli yardım, diqqət və qayğı göstərilir.

Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etdiyini, ölkəmizdə bütün sahələrdə islahatlar aparıldığını qeyd edib. Bildirilib ki, Quba rayonunda keçirilən “Alma bayramı” ölkəmizdə hökm sürən siyasi sabitliyin daha bir göstəricisidir. “Ölkəmizin hər yerində olduğu kimi, Qubada da əhalinin rifahının daha da yüksəlməsi üçün xeyli işlər görülür. Son bir ildə dövlət başçısının Qubaya iki dəfə səfər etməsi, bu rayonla bağlı bir sıra sərəncamlar imzalaması rayona olan diqqət və qayğının göstəricisidir. Azərbaycanda stabilliyin qorunub saxlanılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük xidmətləri var. Stabillik olmasaydı bu cür bayramları da keçirə bilməzdik”, - deyə Vahid Əhmədov söyləyib.

Tədbirdə bildirilib ki, ölkəmizdə alma istehsalının təşviqi, almanın ixrac potensialının artırılması, Azərbaycanda alma istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılması baxımından “Alma bayramı”nın təşkili mühüm əhəmiyyət kəsb edir. Bu gün respublika üzrə ümumi alma bağları əkinlərinin 71,6 faizi, o cümlədən məhsul istehsalının da 71 faizi Quba-Xaçmaz iqtisadi rayonlarının payına düşür. Ən çox alma istehsal edən rayonların siyahısında Quba rayonu ilk pillədə qərarlaşıb. Ötən il Qubada 115,8 min ton alma istehsal edilib. Qubalı fermerlər bu sortları günümüzə qədər qoruyub saxlamaqla bu gün keçirilən festivala ev sahibliyi etməyə mənəvi haqq əldə ediblər.

Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Çıxışlardan sonra Heydər Əliyev prospekti boyunca şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qrupların, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

Tədbirə qatılan qonaqlar mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.

Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təqdim olunub.

İyunun 3-də xarici valyutaların manata qarşı məzənnələri
İyunun 3-də xarici valyutaların manata qarşı məzənnələri
İyunun 2-də xarici valyutaların manata qarşı məzənnələri
İyunun 2-də xarici valyutaların manata qarşı məzənnələri
Dünyanın ən varlı 25 adamının cəmi sərvəti iki ay ərzində 255 milyard dollar artıb
Dünyanın ən varlı 25 adamının cəmi sərvəti iki ay ərzində 255 milyard dollar artıb
Loading Bars
Xəbər lenti
Ermənistanda 12 nəfər koronavirusdan öldü
Mərkəzi Gömrük Hospitalının həkim-ginekoloqu “Sonsuzluğun müasir müalicə metodları" mövzusunda çıxış edəcək
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri (FOTO)
DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib
"İmprotex Motors" şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi (FOTO)
Biləsuvarda qətl törədən şəxs tutuldu
Azərbaycan neftinin qiyməti 40 dolları ötdü
DİM: İmtahanda yüksək temperatur və ya üşütmə əlamətləri hiss edənlər bu barədə nəzarətçiyə məlumat verməlidir (VİDEO)
"Sədərək" Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı
Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək
Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınacaq - Nazirlik
Videokonfransda İrəvan həqiqətləri müzakirə edilib
Avropa İnsan Haqları Məhkəməsi insanları və haqları unudub - "Politşou" təqdim edir (Videolayihə)
Azərbaycandan 545 kiloqram heroin keçirmək istəyən şəxs yaxalandı
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 871 nəfərə çatıb
Bakıda yeni açılan "Dəniz Mall"dan görüntülər (VİDEO) (FOTO)
Dirrikdə narkotik becərən Balakən sakini saxlanıldı (FOTO/VİDEO)
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Ermənistan Prezidentinin oğlu ərə getdi (FOTO)
Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub öldü
İyunun 3-də xarici valyutaların manata qarşı məzənnələri
Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu
Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO)
Azər Badamov: Azərbaycan qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələr sırasına daxil olub
Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozdu
Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb
Puerto-Rikoda təyyarə qəzaya uğrayıb, ölənlər var
Türkiyədə təhlükəli terrorçu məhv edilib
Bibiheybət yolu gələn həftə açılır
Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var
Braziliyada koronavirusdan ölənlərin sayı 30 min nəfəri ötüb
Türkiyədə 4 bal gücündə zəlzələ olub
Pentaqon aksiyalar səbəbilə paytaxtın ətraf rayonlarına 1,6 min hərbçi göndərib
ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)
Rusiyada yaşayış evində yanğın nəticəsində 4 nəfər ölüb
ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib
"Brent" markalı neftin qiyməti 40 dolları ötüb
Kanadada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb
ABŞ-da etiraz aksiyaları zamanı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb
Monteneqroda COVİD-19 epidemiyasının başa çatdığı bəyan edilib
Fransa XİN: Rusiyanın G7-də iştirakı barədə qərar birliyin bütün ölkələri tərəfindən qəbul edilməlidir
İtaliyada koronavirusdan daha 55 nəfər ölüb
ABŞ-ın paytaxtında 300-dən artıq nümayişçi həbs edilib
“Facebook” rəqəmsal ticarətlə məşğul olmaq üçün “Facebook Shop” xidməti yaradıb
Moskvada koronavirusdan ölənlərin sayı 2 685 nəfərə çatıb
Parisdə polis tərəfindən zorakılığa qarşı etiraz aksiyası keçirilir
Nyu-Yorkda gecə küçəyə çıxmaq qadağası bir həftə uzadıldı
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 mindən çox artıb
Qazaxda top mərmisi aşkar olunub (FOTO)
İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Türkiyə və Rusiya COVİD-19-a qarşı vaksinin hazırlanması üzərində birgə işləyəcəklər
ABŞ-ın Yelloustoun milli parkında gün ərzində 11 zəlzələ qeydə alınıb
Ermənistan aviaşirkətlərinə Aİ ərazisinə uçuşlar etmək qadağan edilib
Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI
Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var
“Sosial sığorta haqqında” qanuna dəyişiklik edildi
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 130 minə yaxınlaşır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Qaradağda iki yük maşını toqquşub, xəsarət alan var
Aztəminatlı yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək
Maska taxılmamasına görə cərimələrin tətbiqi qüvvəyə mindi
"Muğam axşamları" layihəsi yeni formatda (VİDEO)
Pirallahı rayonunda qanvermə aksiyası keçirilib (FOTO)
Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb
Cinayət törədən uşaqların sayı azalıb
Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün STRATEGİYASI
Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb
Cəlil Xəlilov: Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var
Ombudsmanın regional mərkəzləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib (FOTO)
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib
Baş Prokuroluq Bakıda özünü yandıran kişi ilə bağlı məlumat yayıb
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub (FOTO)
Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi
Nyu-Yorkda etirazçılar mağazadan bahalı saat oğurlayıb
İllik qiyməti pis olan şagirdlər də buraxılış imtahanına buraxılırlar - Orxan Abbasov
Yelo Bankdan maaşınızın 10 misli qədər kredit!
Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü
Müəllimlərin yay məzuniyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı
Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır (FOTO)
Fərqlənmə attestatlarının və medalların verilməsində heç bir dəyişiklik yoxdur
Hazırkı şəraitdə bütün müəllimlərin işə çağırılması düzgün deyil - RƏSMİ
Məktəblərdə pedaqoji şuralar onlayn keçirilsin - TƏKLİF
“Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq (FOTO)
“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır (FOTO)
Dərsliklərin məktəblərə geri qaytarılma tarixi AÇIQLANDI
Leyla Abdullayeva: Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir
Anar Mirzəzadə: Şagird oxuduğu məktəbi dəyişmək istəyirsə, xüsusi qaydaya əməl etməlidir
Bu şəxslər ümumtəhsil müəssisələrində işə cəlb edilməməlidir
İyunun 3-də dolların manata qarşı məzənnəsi
Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi tədris ilinin sonunadək dayandırıldı
Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim edilib
Bütün xəbərlər