...

Bakıda uşaqlar üçün Yeni il Karnavalı keçirilib (FOTO)

Mədəniyyət Materials 4 Yanvar 2020 09:26 (UTC +04:00)
Yanvarın 2-də Heydər Əliyev Sarayında uşaqlar üçün musiqili, əyləncəli, interaktiv Yeni il Karnavalı keçirilib.
Bakıda uşaqlar üçün Yeni il Karnavalı keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 2-də Heydər Əliyev Sarayında uşaqlar üçün musiqili, əyləncəli, interaktiv Yeni il Karnavalı keçirilib.

Trend-in məlumatına görə, yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşüb və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirib.

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər, “Zima” beynəlxalq uşaq musiqi festivalının iştirakçıları ifasında mahnılar və sürprizlər karnavala xüsusi rəng qatıb.

Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirib və gözəl əhval bəxş edib. Rəngarəng səhnə tərtibatı, səhnə geyimləri və bir çox başqa sürprizlərin təqdim olunduğu Yeni il şənliyi uşaqlar üçün maraqlı və yaddaqalan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti