...

Heydər Əliyev Sarayının kollektivi də qanvermə aksiyasına qoşulub

Mədəniyyət Materials 6 May 2020 17:33 (UTC +04:00)
Heydər Əliyev Sarayının kollektivi də qanvermə aksiyasına qoşulub

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına Heydər Əliyev Sarayının kollektivi də qoşulub.

Trend-in məlumatına görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının artırılmasına dəstək olmaq məqsədilə, Sarayın kollektivi mayın 6-da karantin rejiminin tələblərinə əməl etməklə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda könüllü olaraq qan veriblər.

Könüllü qan verənlər bunun xeyirxah iş olduğunu diqqətə çatdıraraq belə aksiyalarda mütəmadi iştirak edəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti