XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub

XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub

Bakı. Trend:

Qəbələ şəhərində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub.

Trend-in məlumatına görə, iyulun 31-də başlayan festivalı avqustun 4-dək davam edəcək.

Builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

X X X

Sonra "Qafqaz Resort" otelində açıq səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir:

"Hörmətli festival iştirakçıları!

Xanımlar və cənablar!

Sizi - XII Qəbələ Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.

2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmışdır.

Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi!

Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında "Xarıbülbül" musiqi festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu.

Əziz dostlar!

Qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. Beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən gözəl vasitədir. Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirirəm.

Builki festival müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edir. Milli musiqi sənətimizi bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır.

Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm! Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq, XII Qəbələ Musiqi Festivalı hər zaman olduğu kimi qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır".

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev deyib:

- Builki festival mahiyyət etibarilə bir qədər fərqli, eyni zamanda, tarixi bir hadisəyə təsadüf edir. Belə ki, Bakı Musiqi Akademiyasının 100 illik yubileyini məhz bu il qeyd edirik. Bakı Musiqi Akademiyası sıradan bir ali təhsil müəssisəsi deyil, özünün 100 illik fəaliyyəti dövründə Azərbaycanın və dünyanın bir sıra aparıcı musiqiçilərini, sənət adamlarını yetişdirib. Eyni zamanda, düşünürəm ki, Bakı Musiqi Akademiyası hər bir azərbaycanlının dəyər sistemində, kimliyində çox önəmli və vacib bir yer tutan ali təhsil müəssisəsidir. Bu, iki mənada önəmlidir. Birincisi, məhz bu təhsil, elm, musiqi ocağı Azərbaycan musiqisinin sistemləşdirilmiş və nəsildən-nəslə keçəcək bir irs formalaşdırılmasında xüsusi əhəmiyyəti olan bir təhsil müəssisəsidir. Eyni zamanda, bu təhsil ocağı dünya musiqisinə və dünya mədəniyyətinə Azərbaycanın inteqrasiya olunması baxımından da özünəməxsus bir ali təhsil müəssisəsidir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın əlamətdar hadisəyə - Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunduğunu vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Musiqi Festivalına uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi dirijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.

Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin "Koroğlu" operasından "Üvertüra" səsləndirilib.

Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun dirijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

"Twitter" və "Instagram"ın işində qüsurlar yaranıb
"Twitter" və "Instagram"ın işində qüsurlar yaranıb
Bakı metropoliteni xətdən çıxarılan 20 vaqonu utilizasiya edib
Bakı metropoliteni xətdən çıxarılan 20 vaqonu utilizasiya edib
Azərbaycanın Türkiyəyə ixracı azalıb
Azərbaycanın Türkiyəyə ixracı azalıb
Loading Bars
Xəbər lenti
Bu gündən I-IV siniflərdə dərslər başlayır
Tehran nüvə proqramı üzrə danışıqların sanksiyaların ləğvinə gətirib çıxaracağına ümid edir
Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək işğala son qoyub - Ərdoğan
Mingəçevir Dövlət Universitetində qocaman müəllimlərlə görüş keçirilib (FOTO)
"Twitter" və "Instagram"ın işində qüsurlar yaranıb
Vaşinqtonda atışma olub, biri yeniyetmə olmaqla 5 nəfər yaralanıb
Bakı metropoliteni xətdən çıxarılan 20 vaqonu utilizasiya edib
Bayden İranla nüvə razılaşmasına qayıtmaqdan danışdı
Bərdədə ağır yol qəzası baş verib (FOTO)
Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
Bakıda evdən 89 yaşlı kişinin meyiti tapılıb
Təhsil işçilərinin sentyabr konfransı keçirilib (FOTO)
Azərbaycanın Türkiyəyə ixracı azalıb
Dövlət Komitəsinin əməkdaşları Dağıstana səfər ediblər (FOTO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Ağdaşda keçirilib (FOTO)
Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib (FOTO)
MDU-nun gənc əməkdaşının növbəti məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub
Ceyhun Bayramov Nyu-Yorkda Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan “Teknofest”də 11 startapla təmsil olunur (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 8 milyonu ötdü
Azərbaycanda 1 594 nəfər COVID-19-a yoluxub, 26 nəfər ölüb
İqtisadi Şuranın iclasında 2022-ci ilin büdcə layihəsi müzakirə edilib (FOTO)
Vüqar Səfərlinin adına ümumilikdə 4 milyon 75 min manat vəsait olub - Prokuror
Azərbaycanda türkdilli dövlətlərin 5-ci Beynəlxalq gənclər düşərgəsi keçiriləcək
Universitetdə 21 sentyabr - Sülh Günü münasibətilə tədbir keçirilib (FOTO)
Azərbaycan məhsulları “WorldFood Moscow 2021” sərgisində nümayiş olunur (FOTO)
Hindistanın Bakıdakı Səfirliyi telekommunikasiya sektoru üzrə virtual işgüzar görüş təşkil edib (FOTO)
Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir (FOTO)
Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb
İspaniyada püskürən vulkanın vurduğu ziyanın məbləği açıqlanıb
Yağış yağacaq, şimşək çaxacaq
Bakıda daha bir yerüstü piyada keçidi inşa ediləcək
Teledərslərin təkrar yayımına start verilir (VİDEO)
Azərbaycan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edib
AzMİU növbəti dəfə U-Multirank beynəlxalq reytinq sistemində “A” kateqoriyasına layiq görülüb
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb
Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb
Azərbaycan 2021-ci il Qlobal İnnovasiya İndeksində mövqeyini yaxşılaşdırıb - Əqli Mülkiyyət Agentliyi
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq
DTX və DSX dənizdə külli miqdarda tütün məmulatı qaçaqmal­çılığının qarşısını alıb (FOTO)
“Aztelekom” və “Baktelecom” internet tariflərini aşağı saldı
DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Rusiyadan bəzi məhsulların idxalına məhdudiyyət tətbiq edilib
AQTA daha 15 müəssisədə pozuntular aşkarlayıb
ABŞ-da uşaqların "Pfizer"lə vaksin olunmasına icazə verilə bilər
Əsgərimizin minaya düşməsi xəbəri yalandır - Müdafiə Nazirliyi
Baş nazir Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb
ABB mobile ilə oturduğun yerdən kredit al!
Milli Məclisdə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlıq müzakirə olunub
Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılır
İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Vətəndaşın vəziyyətinin əlillik təyin olunmasına əsas vermədiyi müəyyən edilib
Mingəçevirə içməli su məhdudiyyətlə veriləcək
BNA yeni tədris ilinin başlanması ilə bağlı müraciət yayıb
Sahibkarların banklardan manatla aldığı kreditlərin faizlərinə görə subsidiyaların verilmə müddəti uzadılıb
Parlamentdə erməni cinayətləri ilə bağlı dinləmələr keçiriləcək
Vətən müharibəsində şəhid olmuş Məhəmmədəli Ələkbərovun anım günü qeyd edilib (FOTO)
Yol polisi dərslərin başlanması ilə bağlı əhaliyə müraciət etdi
İranda 17,5 min nəfər koronavirusa yoluxub, 379 nəfər ölüb
Körpələrin düzgün qidalanmasının əhəmiyyəti
Sabahdan daha bir marşrut xəttində gediş haqqı kartla ödəniləcək
Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib (FOTO)
BTQ-nin tam gücü ilə işləməsi üçün tədbirlər görülür (FOTO)
Bakıda bu ərazidə də metro stansiyası tikiləcək
Ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib - Ədalət Vəliyev
Metronun yeni stansiyasından "8 Noyabr" stansiyasına doğru tunel tam hazırdır - Baş mühəndis (FOTO)
TAP-ın gündəlik qaz nəqli 5 dəfə artıb
“DOST” mərkəzlərində əmək qanunvericiliyinin pozulmasına dair müraciətlər qəbul ediləcək
Bakıda yeni metro stansiyasının inşasına başlanıldı (FOTO)
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib
Xaçmaz RİH başçısı şəhid məzarlarını ziyarət edib (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Sabunçu rayonunda 307 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub (FOTO/VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı yenidən artıb
Təhsil naziri yeni tədris ili ilə bağlı əmr imzaladı
Oktyabrın 1-dən COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - DANX
Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub (FOTO/VİDEO)
York Universitetinin CİTY College Avropa Kampusunun Açıq Executive MBA Seminarına qoşulmağa tələsin
Göyçayda kanala düşən şəxs belə xilas edildi - VİDEO
Azərbaycanda yeni dərsliklərin çapına başlanılıb
Bakıda dərslərin təşkili qaydası açıqlandı
Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib
Lənkəranda saxta COVİD pasportu satan şəxslər ifşa olundu
Oğuzda ər arvadını döyüb öldürdü
Sabah 34 dərəcəyədək isti olacaq
Qarabağdakı iqtisadi layihələrdə Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı müzakirə edilib
Yeni qeydiyyat üsulu ilə 1.200 yerli investisiyalı MMC qeydiyyata alınıb
Ötən gün ölkədə 60 yanğın olub, 10 nəfər xilas edilib
Daha bir ölkə Azərbaycanla uçuşları bərpa edəcək
ADU-nun Konfutsi İnstitutunun direktoru beynəlxalq onlayn seminarda iştirak edib (FOTO)
ETSN və ADA Universitetinin birgə təşkilatçılığı ilə brifinq keçirilib (FOTO)
Bu tədris ilində Azərbaycanda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb
Rusiya aviaşirkətləri Bakıya yeni reyslər üçün icazələr alıb
İşğal dövründə 52 yataq istismar olunaraq talan edilib - Nazir müavini
Sementlə bağlı yeni dövlət standartları təsdiq edilib
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir (FOTO)
Xınalıq “Ən yaxşı turistik kənd” adına namizəddir
Bu il Bakı məktəblərində 471 mindən çox şagird təhsil alacaq
Bütün xəbərlər