...

Gələn il ABŞ şirkətləri film istehsalına 115 milyard dollar xərcləyəcək

Mədəniyyət Materials 29 Dekabr 2021 13:54 (UTC +04:00)
Gələn il ABŞ şirkətləri film istehsalına 115 milyard dollar xərcləyəcək

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın 8 aparıcı media qrupu 2022-ci ildə bədii film çəkilişlərinə ümumilikdə 115 milyard dollara yaxın vəsait xərcləyəcək.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti yazıb. Bu göstərici ayrı-ayrı şirkətlərin planlaşdırılan xərclərinin hesablanması və analitiklərin təhlillərinə əsaslanır.

Qeyd olunur ki, söhbət "The Walt Disney Company", "Comcast", "WarnerMedia" və "Amazon" kimin şirkətlərdən gedir.

"Morgan Stanley" bankının hesablamalarına əsasən, "Walt Disney" şirkəti gələn il filmlərin istehsalına 23 milyard dollar, "Netflix" platforması isə 17 milyard dollardan çox vəsait xərcləyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti