...

Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib

Mədəniyyət 25 Yanvar 2022 18:44 (UTC +04:00)
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib.

Trend bu barədə "Vestnik Kavkaza" nəşrinə istinadən məlumat verir.

Qeyd olunur ki, abidə bəstəkarın adını daşıyan parkda ucaldılacaq.

Abidənin müəllifi, Rusiya Rəssamlıq Akademiyası və Florensiya İncəsənət Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti