...

Şuşada ilk - “Natəvan” operası təqdim edildi (FOTO)

Mədəniyyət Materials 11 May 2023 19:06 (UTC +04:00)
Şuşada ilk - “Natəvan” operası təqdim edildi (FOTO)

Bakı. Trend:

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə ilk yaşanıb və Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb.

Trend xəbər verir ki, Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olunub.

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb. Dirijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub.

Qeyd edək ki, mayın 9-da başlayan və bu gün sona çatan festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti