Bakı. Trend:
İçərişəhərdə 7 iyul tarixində növbəti açıq hava konserti baş
tutacaq. Dünyanın 400-dən çox şəhərində fəaliyyət göstərən “Sofar
Sounds” beynəlxalq musiqi hərəkatı bu dəfə dünya mədəni irsi
abidələrindən sayılan İçərişəhərdə keçiriləcək.
Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Qeyd edək ki, beynəlxalq səviyyədə baş tutan konsertlərdə bu günədək gənclər tərəfindən sevilən Ed Sheeran, Billie Eilish, Hozier, Türkiyənin məşhur simaları Mor və Ötesi qrupu, Kalben, Deniz Tekin, Ufuk Baydemir dinləyicilərin qarşısına çıxıb.
“Sofar Sounds Baku” sosial təşəbbüs olaraq həyata keçirilir və ölkəmizdə indiyədək tanınmış simalar-Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedowsky Trio, DədəBaba, Darvish Band, AynaBand qrupu, Orxan Zeynallı, Ceyhun Səmədov kimi sevilən musiqiçilər, eləcə də istedadlı gənc ifaçılar burada çıxış edib.
2016-cı ildən bəri Azərbaycanda keçirilən bu konsertlərin əsas məqsədi istedadlı gənc ifaçılara dəstək olaraq, onları dinləyicilərlə səmimi mühitdə görüşdürməkdir.
Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz- http://bit.ly/3ricB8g