...

"Euronews" saytında Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məqalə dərc olunub (FOTO)

Mədəniyyət Materials 29 Avqust 2023 17:51 (UTC +04:00)
"Euronews" saytında Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məqalə dərc olunub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

"Qoy yaxşı musiqiyə alışsınlar!": Qəbələ festivalı gənclərə üstünlük verir" - "Euronews" saytında Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məqalə bu başlıqla dərc olunub.

Trend xəbər verir ki, məqalədə Qəbələ festivalının bu yayın ən parlaq musiqi hadisələrindən biri olduğu qeyd olunur.

Festivalın əsas üstün cəhəti burada tanınmış ifaçılarla yanaşı tamamilə gənc ifaçılar üçün də bərabər çıxış etmək imkanının yaradılmasıdır.

Afişalar rəngarənliyi ilə heyran edirdi: festivalda iştirak etmək üçün gözəl Qəbələyə Azərbaycanın müxtəlif guşələrindən, eləcə də Böyük Britaniya, Türkiyə, Estoniya, Litva, Rusiya və Polşadan ifaçılar, dirijorlar, bütöv kollektivlər gəldi.

Bu yay bayramı Dövlət Simfonik Orkestrin müşayiəti ilə "Viva Opera" konserti ilə açıldı.

"13-cü festivalı adları bütün dünyada tanınan ulduzlarımız Yusif Eyvazov və Dinara Əliyeva açır", - deyə ifaçıları qürurla təqdim edən festivalın bədii təşkilatçısı Fərhad Bədəlbəyli "Gənclər üçün də proqram var", - deyə əlavə edib.

Gənc istedadlara festivalda xüsusi diqqət ayrılıb. "Hər bir konsertdə gənc ifaçılar iştirak edir. Festivalda onlara göstərilən dəstək çox yüksəkdir", - Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Fuad İbrahimov deyir. "Hər bir ölkənin gələcəyi onun gəncləridir və əlbəttə, gənclərin bu cür tədbirdə iştirakı çox qiymətlidir", - deyə o əlavə edib.

Gənc istedadların müşayiəti ölkədə sistemli xarakter daşıyır. Qəbələ festivalı "Gənclərə dəstək" layihəsinin xəttilə seçilmiş musiqiçilər üçün də platforma olaraq çıxış edir. Layihə 2016-cı ildə işıq üzü görüb və həmin vaxtdan istedadları aşkar edərək böyük səhnəyə gedən yolda aşkarlamaq kimi böyük vəzifənin öhdəsindən gəlir.

"Festival həm də maarifləndirici xarakter daşıyır", - deyən Fərhad Bədəlbəyli "Hər konsert öncəsi lektor çıxış edir. Zalda arxamda uşaqların səsini eşidirsiniz. Qoy yaxşı musiqiyə alışsınlar!", - deyə əlavə edib.

"Yetkin sənətkarlarla görüş və gənc musiqiçilərin yetişdirilməsi: Qəbələ festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunub və Mədəniyyət Nazirliyinin xəttilə dəstək alır. Festival mövcud olduğu illər ərzində bütün dünyada bir neçə yay günü və gecəsi iştirakçılarını və izləyiciləri sevindirən klassik, xalq, caz və rəqs musiqisinin bayramı kimi tanınır", - "Euronews" saytında dərc olunan məqalədə deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti