...

Cavanşir Feyziyevin Şəkidə seçicilərlə görüşləri davam edir (FOTO)

Seçki 2015 Materials 18 Oktyabr 2015 22:49 (UTC +04:00)
Həftənin son günlərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev özünün təbliğat-təşviqat kampaniyasını Qayabaşı, Sarıca, Qaratorpaq və Bolludərə kəndlərinin sakinləri ilə görüşlər keçirməklə davam etdirib.
Cavanşir Feyziyevin Şəkidə seçicilərlə görüşləri davam edir (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Həftənin son günlərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev özünün təbliğat-təşviqat kampaniyasını Qayabaşı, Sarıca, Qaratorpaq və Bolludərə kəndlərinin sakinləri ilə görüşlər keçirməklə davam etdirib.

Trend-in məlumatına görə, görüşlərdə son beş il ərzində ölkədə aparılan quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasından və konkret olaraq seçki dairəsində görülmüş işlərdən geniş danışılıb.

Seçicilər onları maraqlandıran suallarla deputata müraciətlər etmiş və Cavanşir Feyziyevlə adıçəkilən yaşayış məntəqələrində bu günədək öz həllini tapmamış sosial-iqtisadi məsələlərin həlli yolları barəsində müzakirələr aparmışlar.

Deputatlığa namizəd seçiciləri 1 noyabr seçkilərində fəal iştirak etməyə çağırıb. Görüşdə iştirak edən seçicilər növbəti dəfə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Görüş musiqi proqramı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti