...

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçirilib

Seçki 2015 Materials 2 Noyabr 2015 12:12 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçirilib. Seçki yüksək seçiçi fəalllığı ilə baş tutub. Biz həmkarlarımızı buna görə təbrik edirik.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçirilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçirilib. Seçki yüksək seçiçi fəalllığı ilə baş tutub. Biz həmkarlarımızı buna görə təbrik edirik.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov deyib.

Onun sözlərinə görə, seçkilərdə seçicilərin siyahısı çox dəqiqliklə tərtib edilib ki, belə hallara da Avropa ölkələrində rast gəlinir: "Məntəqələrdə əlavə siyahılar yox idi, hər bir kəs öz adını seçici siyahısında tapa bilirdi. Bu da çox fenomenal nəticədir".

Ümumən seçkilərin nöqsansız keçirildiyini deyən V.Çurov qeyd edib ki, Şamaxı, İsmayıllı və Abşeron rayonlarında seçkiləri müşahidə edib: " Havanın soyuq olmasına baxmayaraq, bu rayonlarda seçicilər aktiv idi. Kabinələrin sayının çoxluğu insanlara rahat şəkildə səs verməyə imkan yaradırdı. Çox yaxşı haldır ki, seçki bülletenlərinin atıldığı qutu şəffaf idi. Nizam-intizam o qədər yüksək səviyyədə idi ki, hətta məntəqə daxilində məndən müsahibə almaq istəyəndə məntəqədə komissiya üzvləri təklif etdilər ki, seçki prosesinə mane olmamaqdan ötrü müsahibə məntəqədən kənar ərazidə götürülsün. Prezident Aparatının nümayəndələri bizi müşayiət etsələr də, məntəqə binalarına daxil olmurdular. Onlar bunun seçki prosesinə müdaxilə kimi dəyərləndirilməməsi üçün bu addımı atmadılar".

V.Çurov qeyd edib ki, Rusiyada seçki bülletenində namizədlər haqqqında məlumatlar bir necə dildə verilir. Buna görə də o, belə hesab edir ki, Azərbaycanda da namizədlər haqqında məlumatlatın digər dillərdə verilməsi yaxşı hal olardı: "Məsələn, İsmayıllının İvanovka kəndində yaşayan seçicilərin böyük əskəriyyəti rus dillilərdir. Onlar üçün bülletenlərdə namizədlər haqqında məlumatların rus dilində olması daha yaxşı olardı. Bu, həm də seçici aktivliyinə də müsbət təsir göstərər".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti