...

Ötən il qadınlar tərəfindən daha çox törədilən cinayətlər

Gündəm Materials 12 Sentyabr 2018 10:16 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-ci ildə cinayət törətmiş şəxslərin sayı 16 750 nəfər olub ki, onların da 963 nəfəri və ya 5,7 faizini qadınlar təşkil edib.

Trend-in məlumatına görə, ötən il qadınlar tərəfindən qəsdən sağlamlığa yüngül zərərvurma cinayətləri daha çox törədilib.

Keçən il qadınlar tərəfindən törədilən cinayətlərin 22,8 faizi qəsdən sağlamlığa yüngül zərərvurma, 12,1 faizi oğurluqla bağlı olub.

2017-ci ildə ümumilikdə ölkədə rüşvətxorluqla bağlı cinayət törədənlərin payında qadınların çəkisi kişilərlə demək olar ki, eynidir. Ötən il rüşvətxorluqla bağlı cinayətlərin 42,1 faizi qadınların payına düşüb.

2017-cı ildə 586 qadın, 13 147 kişi azadlıqdan məhrum edilib. 2017-ci ildə 3 qız və 320 oğlan məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti