...

Qəbələdə yanğın zamanı xəsarət alan 4 ərəb turist xəstəxanadan evə buraxılıb

Gündəm Materials 15 Oktyabr 2018 15:27 (UTC +04:00)
Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin 4-ü xəstəxanadan evə buraxılıb.
Qəbələdə yanğın zamanı xəsarət alan 4 ərəb turist xəstəxanadan evə buraxılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin 4-ü xəstəxanadan evə buraxılıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, həmin ərəblər Qəbələ Mərkəzi Xəstəxanasında müalicə edilirdilər. Respublika Yanıq Mərkəzinə yerləşdirilən Küveyt vətəndaşı olan 2 nəfərin isə vəziyyəti stabil ağır qiymətləndirilir. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan həmin şəxslər - 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızı hazırda mərkəzin reanimasiya şöbəsində müalicələrini davam etdirirlər.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti