...

Bakının mərkəzində sərnişin avtobusu evakuatorla toqquşdu, xəsarət alanlar var

Gündəm Materials 1 Noyabr 2018 00:06 (UTC +04:00)
Bakıda marşrut avrobusu qəzaya uğrayıb.
Bakının mərkəzində sərnişin avtobusu evakuatorla toqquşdu, xəsarət alanlar var

Bakı. Samir Əli - Trend:

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının qarşısında baş verib.

Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub.

Hadisə nəticəsində marşrut avtobusunda olan sərnişinlərdən bir neçəsi xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar arasında "Xəzər" televiziyasının əməkdaşı Zakirə Zakirqızı da var.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti