...

Sabah bu ərazilərdə qaz olmayacaq

Gündəm Materials 25 Dekabr 2018 19:02 (UTC +04:00)
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Sabah bu ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yeni çəkilmiş polietilen diametri 160 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Xırdalana təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə aparılan təmir işlərinin Masazır qəsəbəsi və Xəzər rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti