...

Abşeron Rayon Polis İdarəsi Novxanıdakı yürüşlə bağlı məlumat yayıb

Gündəm Materials 31 Yanvar 2019 16:57 (UTC +04:00)
Abşeron Rayon Polis İdarəsi Novxanıdakı yürüşlə bağlı məlumat yayıb.
Abşeron Rayon Polis İdarəsi Novxanıdakı yürüşlə bağlı məlumat yayıb

Bakı. Trend:

Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.

Abşeron Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər.

Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti