...

Tbilisi prospektində qəza - Sürücülər sığortaya görə yolu bağladılar

Hadisə Materials 18 İyun 2019 09:40 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Tbilisi prospektində qəza - Sürücülər sığortaya görə yolu bağladılar

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Tbilisi prospektindən üzü şəhər istiqamətində qeydə alınıb.

Yük maşını və minik avtomobili arasında baş vermiş qəzada ciddi problem yaşanmasa da, yolda tıxac yaranıb. Səbəb isə qəzadan sonra hər iki avtomobilin sürücüsünün nəqliyyat vasitələrini yolun ortasında saxlaması olub. Digər sürücülərin yolu açmaq tələbinə cavab olaraq qəza törədənlər sığorta mütəxəssisi hadisə yerinə gələnə qədər avtomobillərini burada saxlayacaqlarını deyiblər. Nəticədə isə Tbilisi prospektindən Moskva prospektinə qədər olan yolda uzun tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti