...

Bakıda anasını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başladı

Gündəm Materials 8 İyul 2019 17:01 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakıda anasını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib.

İttihama görə, bu ilin fevral ayının 18-də Bakının Nərimanov rayonu ərazisində 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını öldürüb.

O, ilkin ifadəsində anasını ona “smartfon” telefon almadığı üçün öldürdüyünü deyib. E.Müslümov ifadəsində bildirib ki, ailə-məişət münaqişəsi zamanı stulla anasının sinə nahiyəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.

Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq hadisə yerindən qaçıb.

Fevralın 19-u saat 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib.

E.Müslümova Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti