...

Azərbaycanda hakimliyə namizədlərin seçimi Avropanın ən mütərəqqi üsulları ilə həyata keçirilir - Nazir

Gündəm Materials 4 Oktyabr 2019 11:15 (UTC +04:00)

Bakı. Samur Əli - Trend:

Azərbaycan vəkilliyi zəngin və keşməkeşli inkişaf yolu keçib. Bu məhkəmə-hüquq sistemində əvəzsiz rolu olan vəkillik Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar aparılaraq təkmil struktura çevrilib.

Trend-in məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Nazir bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasında və hakimlərin seçki komitəsində təmsil olunur: “Azərbaycanda hakimliyə namizədlərin seçimi Avropanın ən mütərəqqi üsulları ilə həyata keçirilir. Təsadüfi deyil ki, Avropa İttifaqı və Avropa Şurası bu prosesi yerində izləməklə ən şəffaf prosedur kimi dəyərləndirib və digər Avropa ölkələrinə tövsiyə edib”.

F.Məmmədov qeyd edib ki, bu gün Ədliyyə Nazirliyi Vəkillər Kollegiyası ilə sıx əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti