Bakı. Trend:
Milli Məclisin deputatı Yevda Abramov 71 yaşında dünyasını dəyişib.
Trend-in məlumatına görə, millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Dəfn mərasimi Qubada, dekabrın 8-də keçiriləcək.
Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.
Allah rəhmət eləsin!