Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda avtomobil yanaraq kül olub.
Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu Tbilisi prospektində qeydə alınıb. Hərəkətdə olan "Nisan" markalı avtomobilin mühərrik hissəsində başlayan alov bir anda bütün avtomobili cənginə alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın səbəbindən adıçəkilən prospektdə qısamüddətli tıxac da yaranıb.