...

Azərbaycanla Türkiyə arasında uçuşlar martın 31-dək dayandırılıb

Gündəm Materials 16 Mart 2020 13:28 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb
Azərbaycanla Türkiyə arasında uçuşlar martın 31-dək dayandırılıb

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb.

Trend bu barədə “Türk Hava Yolları” aviaşirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, qərar martın 15-dən qüvvəyə minib.

Qərara əsasən, qeyd olunan tarixlərə biletləri olan müştərilər həmin biletləri geri qaytara, mayın 31-dək uzada və ya mayın 31-dək başqa istiqamətə uçuşlara dəyişə bilər.

Azərbaycanda qalan Türkiyə vətəndaşları üçün zərurət yarandığı təqdirdə təxliyə uçuşları təşkil olunacaq.

Biletlər “Türk Hava Yolları”nın saytından alınıbsa, şirkətin çağrı mərkəzləri vasitəsilə, digər internet saytlarından alınıbsa, orada göstərilən nömrələr vasitəsilə, hər hansı bir agentlikdən alınıbsa, həmin agentlikdə dəyişdirilə bilər.

Şirkətin Bakı və Gəncə ofislərindən yalnız bu ofislərdən alınan biletlər dəyişdirilə bilər.

“Türk Hava Yolları” çağrı mərkəzi ilə əlaqə saxlamaq üçün:

+994 12 404 8 849

+90 212 444 0 849

Məqalədə:
Xəbər lenti

Xəbər lenti