...

Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

Gündəm Materials 7 İyul 2020 15:35 (UTC +04:00)
Azərbaycanda koronavirusa yoluxanların 55,1 faizi Bakının payına düşür.
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

Bakı. Samir Əli - Trend:

Azərbaycanda koronavirusa yoluxanların 55,1 faizi Bakının payına düşür.

Trend-in məlumatına görə, ölkə üzrə ikinci ən çox yoluxma Abşeron rayonundadır. Bu zonada yoluxma 16,3 faziə çıxıb. Gəncə-Qazax zonası isə 8,3 faiz yoluxma ilə 3-cü yerdədir. 7,5 faiz yoluxma Aran zonası, 5,8 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 1.3 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1,4 faizi Şəki-Zaqatala, 1,6 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,2 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ötən həftədən sonra Naxçıvanda koronavirusa yoluxma halı baş verməyib.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Yasamal və Xətai rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,8 faizi Binəqədi, 12,4 faizi Yasamal, 1,9 faizi isə Xətai rayonunun payına düşür. Yoluxma hallarının 11,4 faizi Sabunçu, 10,4 faizi Nəsimi, 8,8 faizi Nərimanov, 8,7 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 8,2 faizi Nizami, 5,7 faizi Qaradağ, 4,2 faizi Xəzər, 4,7 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Xatırladaq ki, iyulun 6-na qədər Azərbaycanda 20837 nəfər koronavirusa yoluxub. Onlardan 12182 nəfər sağalıb, 258 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 8397 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 522 min 773 nəfər üzərində koronavirus testi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti