...

Ukraynadakı soydaşlarımız rəsmi Kiyevi Azərbaycanı dəstəkləməyə çağırıb

Gündəm Materials 5 Oktyabr 2020 18:52 (UTC +04:00)
Ukraynadakı soydaşlarımız rəsmi Kiyevi Azərbaycanı dəstəkləməyə çağırıb

Bakı. Trend:

İşğalçı Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycana genişmiqyaslı hücumu Ukraynada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "Ukrayna Azərbaycanlıları Radası" İctimai Birliyi Ukrayna Prezidenti Vladimir Zelenskiyə, Ukrayna Ali Radasına və digər müxtəlif dövlət qurumlarına, Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlayıb. Müraciətdə işğalçı dövlətin 27 sentyabr tarixindən başlayan genişmiqyaslı təxribatı ilə bağlı ətraflı məlumat verilib. Ermənistan qoşunlarının Dağlıq Qarabağda qalmasının Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olduğu, baş verənlərə görə bütün məsuliyyətin beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.

Soydaşlarımız Ukrayna rəhbərliyini, beynəlxalq hüquq normalarına uyğun olaraq, ərazi bütövlüyü və mülki vətəndaşların təhlükəsizliyinin təmin olunması uğrunda əks-hücuma keçən Azərbaycan dövlətini dəstəkləməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti