...

Ermənistan Yuxarı Gövhər Ağa məscidinin vurulması ilə bağlı növbəti təxribat məlumatı yayır

Gündəm Materials 3 Noyabr 2020 16:22 (UTC +04:00)
Ermənistan Yuxarı Gövhər Ağa məscidinin vurulması ilə bağlı növbəti təxribat məlumatı yayır

Bakı. Samir Əli – Trend:

Ermənistan Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidinin guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını iddia edir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidedntin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan bununla növbəti yalan məlumat yaymağa çalışır: “Azərbaycanla Ermənistan arasında dini münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri atəşə tutmur. Yuxarı Gövhər Ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti