...

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

Gündəm Materials 23 Noyabr 2020 20:28 (UTC +04:00)
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, digər fərmanla ölkənin təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə Vaqram Dumanyan təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti