...

Polşada üç həftəlik ümummilli karantin tətbiq edilir

Gündəm Materials 28 Dekabr 2020 06:25 (UTC +04:00)
Polşada üç həftəlik ümummilli karantin tətbiq edilir

Bakı. Trend:

Polşa Milad tətili bitdikdən sonra ümummilli karantin rejiminə keçir.

Trend, TASS-a istinadən xəbər verir ki, ölkədə hökumətin martda elan etmiş epidemiya rejimi qalmağda davam edir.

Noyabr ayının əvvəlində burada qismən karantin tətbiq edilməsinə qərar verilib - mədəniyyət müəssisələri, idman kompleksləri bağlanılıb, vətəndaşlara evdə qalmaq və uzaqdan işləmək tövsiyə edilib, maska ​​rejimi tətbiq olunub, məktəblilər məsafədən təhsil alır, restoran, kafe və barlar yalnız çatdırma rejimində işləyir. Beş nəfərdən çox qrup şəklində toplaşmaq qadağandır.

28 dekabr - 17 yanvar tarixlərində ümummilli karantin çərçivəsində mövcud məhdudiyyətlərə əlavə olaraq qida, məişət dükanları və apteklər istisna olmaqla otellər, xizək sanatoriyaları və mağazalar bağlanılacaq. Bu qərar ölkədə 4 yanvarda başlayan iki həftəlik məktəb tətilində kurort şəhərlərində insanların kütləvi toplanmasının qarşısını almaq üçün qəbul edilib.

"Yeni il" gecəsi 31 dekabr saat 19:00-dan 1 yanvar 06:00-dək sakinlərin evdən kənarda hərəkətini məhdudlaşdırmağa qərar verilib - yalnız təcili ehtiyac olduqda və ya xidməti vəzifə ilə əlaqədar çıxmağa icazə var.

Ümummilli karantin dövründə Polşaya şəxsi avtomobili ilə gəlməyənlərin hamısı 10 günlük təcriddən keçməli olacaqlar. Bu, təyyarə, qatarlar və ictimai avtobuslarla gələn sərnişinlərə aiddir.

Yanvarın 17-dək marşrutu sərhəddən keçməyi nəzərdə tutan dəmir yolu xidmətləri dayandırılır.

Koronavirusa qarşı peyvəndlənənlər və bir sıra peşəkar kateqoriyalar (diplomatlar, balıqçılar, dənizçilər, yük maşını sürücüləri, həkimlər, həmçinin tələbələr və idman tədbirlərinin iştirakçıları) karantinin bəzi şərtlərindən azad edilirlər.

Koronavirusa qarşı peyvəndləşmə Polşada bazar günü başlayıb. 15 yanvar tarixindən respublikada hamı peyvənd növbəsinə yazılmağa başlayacaq. Yanvar ayının sonuna qədər respublika koronavirusa qarşı 1,5 milyon doza vaksin almalıdır. Peyvəndləşmədən keçən bütün sakinlərə karantindən azad edən sertifikat və ya elektron kod veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti