...

Rüşvətlə əsgərləri arxa cəbhəyə keçirən Ermənistan ordusunun polkovniki saxlanılıb

Gündəm Materials 4 Fevral 2021 11:46 (UTC +04:00)
Rüşvətlə əsgərləri arxa cəbhəyə keçirən Ermənistan ordusunun polkovniki saxlanılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Silahlı Qüvvələrinin polkovnikini saxlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, polkovnik rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eləcə də ön cəbhədən arxa cəbhəyə keçirməkdə ittiham olunub.

Qeyd olunub ki, polkovnik valideynlərin xahişi ilə 2 000-2 500 dollar müqabilində əsgərləri onların seçdikləri hərbi hissəyə yerləşdirirdi.

Bundan başqa, o, müharibə dövründə fərarilik hallarını ört-basdır etməkdə ittiham olunub.

Həmin polkovniklə yanaşı daha 10 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti