...

Rafiq Hüseynovun vəziyyəti nisbətən stabilləşib - Xəstəxana

Gündəm Materials 4 Fevral 2021 15:45 (UTC +04:00)
Rafiq Hüseynovun vəziyyəti nisbətən stabilləşib - Xəstəxana

Bakı. Ceyhun Ələkbərov -Trend:

Tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) müalicəsi davam etdirilir.

Bu barədə Trend-ə Rafiq Hüseynovun müalicə olunduğu Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib:

"Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olmuşdur. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşmiş, huşunda aydınlaşma müşahidə olunmuşdur. Hal hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir".

Xəbər lenti

Xəbər lenti