Bakı. Samir Əli - Trend:
Azərbaycanda mobil notariat tətbiqilə banklarda istifadə üçün etibarnamələrin verilməsinə başlanılıb.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov deyib.
O bildirib ki, artıq bu gündən etibarnamələr verilir: "Artıq tətbiqin yeni versiyası istifadəyə verilir. Vətəndaş olduğu yeri tərk etmədən mobil notariat tətbiqi üzərindən videoyazı vasitəsilə istədiyi şəxsə bankda təmsil olunması üçün etibarnamə verəcək. Tətbiq fasiləsi işləyir, bayram və istirahət günləri də daxil olmaqla sutka ərzində fəaliyyət göstərir".