...

“Əsas Məsələ”də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri müzakirə olunub

Gündəm Materials 17 Mart 2021 17:56 (UTC +04:00)
“Əsas Məsələ”də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın  Şuşaya növbəti səfəri müzakirə olunub

Bakı. Trend:

“Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”, ”Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaq”.

Trend xəbər verir ki, bu fikirləri Şuşa şəhərinə növbəti dəfə səfər edən Prezident İlham Əliyev deyib. Bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə növbəti səfəri olub. Verilişin qonaqları Milli Məclisin komitə sədri Qənirə Paşayeva, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və memar Vidadi Fərhadov bildiriblər ki, Şuşada böyük yenidənqurma işləri aparılır. Bu da onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, həmçinin tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq. Bunun da nəticəsində Şuşaya böyük turist axını olacaq.

Verilişə videobağlantı vasitəsi ilə qoşulan Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev də fikirlərini bölüşüb.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=Rvd_FmUczns

İnformasiya dəstəkçisi Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti