...

Hərbi qulluqçular arasında 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 9 Aprel 2021 17:30 (UTC +04:00)
Hərbi qulluqçular arasında 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Hərbi qulluqçular arasında Naxçıvan Qarnizonu üzrə 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 16 komandanın 48 idmançısı arasından 3 min metr məsafədə hərbiləşdirilmiş kross birinciliyinin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəliblər. Komanda hesabında 1-ci və 3-cü yerlərə xüsusi təyinatlılar, 2-ci yerə isə motoatıcılar layiq görülüb. Fərdi hesabda 1-ci yerdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Mahir İbrahimov, 2-ci yerdə əsgər Aqşin Hüseynov, 3-cü yerdə isə əsgər Qurban Allahverdiyev qərarlaşıb. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən kubok, fəxri fərman və diplomlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti