Bakı. Trend:
Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə seminarlar keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu tədbirlərin keçirilməsinin zəruriliyini bildirən şöbə rəisi Zümrüd Səmədova hərbi qulluqçular və mülki əməkdaşlar arasında geniş maarifləndirmə işinin aparılmasının davamlı olmasının vacibliyini qeyd edib.
Görüşlərdə hərbi qulluqçu və mülki işçilərə müxtəlif ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.