...

Azərbaycanda koronavirusa 101 nəfər yoluxub, 2 nəfər ölüb

Gündəm Materials 2 İyul 2021 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, 2 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 336 223 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.

Ölkədə son sutka ərzində 9851, hazırkı dövrədək isə 3 767 982 test aparılıb.

Xəbər lenti

Xəbər lenti