...

Nazirlik kommunal quruma məcburi göstəriş verdi

Gündəm Materials 18 Avqust 2021 12:48 (UTC +04:00)
Nazirlik kommunal quruma məcburi göstəriş verdi

Bakı. Samir Əli - Trend:

Bərdə şəhərində məişət tullantılarının qalaqlanması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Ramal Bağırov Trend-ə bildirib ki, şəhərin müxtəlif ərazilərinə keçirilən baxış zamanı konteynerlərin az olması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı müəyyən edilib.

Tullantıların qalaqlandığı ərazilər Bərdə Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən təmizlənib.

R.Bağırov onu da qeyd edib ki, gələcəkdə belə hallara yol verilməməsi və şəhər ərazisinə əlavə konteynerlərin yerləşdirilməsi məqsədilə Bərdə Kommunal Müəssisələri Kombinatına məcburi göstəriş verilib.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti