...

Nigeriyada onlarla qaçırılan məktəbli azad edilib

Gündəm Materials 27 Avqust 2021 07:26 (UTC +04:00)
Nigeriyada onlarla qaçırılan  məktəbli azad edilib

Bakı. Trend:

Nigeriyanın qərbində cari il may ayının sonunda qaçırılan islam internat məktəbindən onlarla şagird azadlığa buraxılıb.

Trend TASS -a istinadən xəbər verir ki, bu barədə məktəbin direktoru Alhadji Abubakar Alxasan bildirib.

Neçə adamın xilas edildiyi barədə dəqiq deyilmir, lakin bildirilib ki, şagirdlərdən heç biri artıq əsirlikdə deyil.

Xatırladaq ki, 30 may tarixində bir qrup silahlı şəxsin ölkənin qərbində, Niger əyalətinin Tegina şəhərindəki bir internat məktəbinə hücum edərək 150 şagirdin qaçırılması barədə xəbər verilib.

Məktəb rəhbərliyindən verilən məlumata əsasən, əsirlikdə olarkən 6 şagird ölüb, daha 15 şagird iyun ayında qaça bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti