...

Rusiyada universitetdə atışmada ölənlərin sayı 5-ə çatıb (ƏLAVƏ OLUNUB) (VİDEO)

Gündəm Materials 20 Sentyabr 2021 11:54 (UTC +04:00)
Rusiyada universitetdə atışmada ölənlərin sayı 5-ə çatıb (ƏLAVƏ OLUNUB) (VİDEO)

Təfərrüatlar əlavə olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Perm şəhərində universitetdə baş verən atışmada 5 nəfər ölüb.

Trend-in məlumatına görə, daha 6 nəfər yaralanıb.

XXX

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Trend-in məlumatına görə, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, 10-dan çox yaralı var. Ölənlərin olduğu deyilsə də sayı açıqlanmır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti