...

Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib (FOTO)

Gündəm Materials 21 Sentyabr 2021 19:32 (UTC +04:00)
Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti