...

Ağstafa xəstəxanasında saxta COVID pasportu satanlara cinayət işi başlanıb

Gündəm Materials 29 Sentyabr 2021 14:45 (UTC +04:00)
Ağstafa xəstəxanasında saxta COVID pasportu satanlara cinayət işi başlanıb

Bakı. Trend:

“Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta “COVID-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, “Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVID-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVID-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti