...

Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

Gündəm Materials 18 Oktyabr 2021 11:13 (UTC +04:00)

Bakı. Trend:

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, oktyabrın 11-dən 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 140 piyada əleyhinə, 27 tank əleyhinə mina və 1146 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

141,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, ötən ay 634 hektar ərazi mina və PHS-lardan təmizlənmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti