...

Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır

Gündəm Materials 25 Oktyabr 2021 12:42 (UTC +04:00)
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Bakıda nikah mərasimindən 3 gün sonra müəmmalı şəkildə ölən şəxslə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilir ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Xatırladaq ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd edilib ki, Kamil Namazov nikah mərasimindən 3 gün sonra evində ölü tapılıb. Onun qətlə yetirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti