...

Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq

Gündəm Materials 30 Noyabr 2021 19:04 (UTC +04:00)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq

Bakı.Trend:

Hazırda helikopter qəzası ilə bağlı şahidlərin dindirilməsi və hadisə yerinə baxışın keçirilməsi təmin olunur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, həlak olanların meyitlərinin müayinəsi aparılıb. Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti