...

Jurnalist vəsiqəsi verilmiş şəxslərin bu imtiyazları olacaq

Gündəm Materials 10 Dekabr 2021 11:38 (UTC +04:00)
Jurnalist vəsiqəsi verilmiş şəxslərin bu imtiyazları olacaq

Bakı. Trend:

Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir.

Trend-in məlumatına görə, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları aşağıdakılardır:

- jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;

- dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;

- əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu Qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti