...

AQTA qida zəhərlənmələri ilə bağlı əhaliyə müraciət edib

Gündəm Materials 13 Dekabr 2021 11:39 (UTC +04:00)
AQTA qida zəhərlənmələri ilə bağlı əhaliyə müraciət edib

Bakı. Çingiz Səfərli - Trend:

Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrinə qarşı nələrə diqqət edilməli olduğu ilə bağlı əhaliyə müraciət edib.

Trend xəbər verir ki, diqqət edilməli olan məqamlar aşağıdakılardır:

- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;

- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etmək;

- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;

- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;

- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;

- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;

- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti