...

Türkiyə səfirliyi qəzada azərbaycanlıların həlak olması ilə bağlı başsağlığı verib

Gündəm Materials 19 Dekabr 2021 14:17 (UTC +04:00)
Türkiyə səfirliyi qəzada azərbaycanlıların həlak olması ilə bağlı başsağlığı verib

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfirliyi Qars vilayətinin Sarıkamış rayonunda baş vermiş qəza nəticəsində iki Azərbaycan vətəndaşının həlak olması ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində bildirilib.

Səfirlik bildirib: "Qars vilayətinin Sarıkamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vətəndaşı olmaqla 4 nəfər ölüb.

Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralılara şəfa diləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti