Bakı. Fərid Zöhrabov - Trend:
"Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralın 28-də Ukraynadakı vəziyyətlə əlaqədar qonşu ölkələrə keçmiş 176 Azərbaycan vətəndaşını çarter reysi ilə təxliyə edib.
Trend xəbər verir ki, Rumıniyadan uçuş həyata keçirən təyyarə Bakıya eniş edib.
Qeyd edək ki, Rumıniya ərazisindən reallaşdırılan çarter reyslərindən birincisi artıq həyata keçirilib. Türkiyənin "Tailwind" şirkəti vasitəsilə 168 nəfər Azərbaycana çatdırılıb.
Twitter:@FaridZohrabov